Rusiya “Eurovision”a ƏLIL QIZI GÖNDƏRİR – FOTO/VİDEO

13.03.2017 - 12:14

Rusiyanı may ayında Kiyevdə keçirilən “Eurovision-2017” mahnı müsabiqəsində 26 yaşlı əlil müğənni Yuliya Samoylova təmsil edəcək

Cumhuriyyet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yuliya uşaq yaşlarından əlil arabasına məhkum olmasına baxmayaraq, səsi ilə çoxunu heyrətləndirə bilib. Belə ki, o, Alla Puqaçovanın “Factor A” vokal layihəsinin qailibi olub. Yuliyanın sözlərinə görə, 2014-ci ildə Paralimpiya Oyunlarında iştirakı ona arzusunu reallaşdırmaq üçün trampil olub:

“Mən həyatım boyu bu arzuma nail olmaq istəmişəm. Valideynlərimlə oturub müsabiqəyə baxanda xəyal edirdim ki, nə vaxtsa mənim də o səhnədə çıxış etmək imkanım yaranacaq. Paralimpiya Oyunlarının açılışında çıxış edən zaman ölkənin birinci kanalı məni tanıdı və onlar faktiki olaraq haqqımda kiçik bir qeyd apardı”.

Yuliya müsabiqədə oxuduğu mahnının onun haqqında olduğunu etiraf edib: “Mahnı mənim barəmdədir. Hesab edirəm ki, hər bir insan öz arzularının arxasınca getməlidir, ilk növbədə qəlbin təmiz olmalıdır. Onda özünüzün də, doğmalarınızın yolunu da işıqlandıracaqsınız”.

Yuliya jurnalistlərin “Bir çoxları Rusiyanın bu il “Eurovision” müsabiqəsində iştirakına qarşı idi. Sizcə, nümayəndə heyətini Kiyevdə necə qarşılayacaqlar?” ,- sualına isə belə cavab verib.

“Bu məsələlər məni maraqlandırmır. Siyasətdən tamamilə uzağam, mən sadəcə onu deyə bilərəm ki, arzum yerinə yetdiyi üçün çox xoşbəxtəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=90247

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031