Orbitdən Yerin gecə görüntülərini çəkmək istədi, gördüklərindən heyrətə düşdü – VİDEO

08.05.2017 - 01:03

Fransalı astronavt Tom Peske orbitdən Yer kürəsinin gecə görünüşünü çəkmək istəyib. Görüntülərdə çox maraqlı nüanslar diqqət çəkir.

Publika.az  xəbər verir ki, astronavt Tom Peske orbitə uçuşu zamanı Yer kürəsinin gecə görünüşünü çəkmək istəsə də, orbit ətrafında olan xüsusi “qoruyucu təbəqə” onun diqqətini yayındırıb.

Tom Peske çəkilən görüntüləri özünün tviter hesabında paylaşıb. Görüntülərdə görülən qəribə, qoruyucu “qat” qeyri-adi optik effektə malikdir. Çəkilən videoda ulduzların sanki planetin səthinə doğru enişi əks olunur. Adətən atmosfer mavi rəngdə təsvir olunsa da, görüntülərdə planetin səthindən aşağı istiqamətdə üzən alov şəhərlərini xatırladan obyektlər nəzərə çarpır.

Adətən atmosferdə “incə mavi xətt” adlandırılan qatları xatırladan “qoruyucu təbəqə” Yer kürəsinin səthində gün işığı olmadan yaşıl işiq saçır. Gecə saatlarında Yer kürəsini müşahidə edən astranavt atmosferin kilometrlərlə aşağı qatına yaşıl işıq salan “qoruyucu təbəqənin” fantastik filmlərdəki kosmik obyektləri xatırlatdığını bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=93895

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930