Lionel Messinin həbs cəzası cərimə ilə əvəzlənib

23.06.2017 - 15:43

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messinin 21 aylıq həbs cəzası pul cəriməsi ilə əvəzlənib

Cumhuriyyet.net Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, cərimənin məbləği 252 min avrodur. Öz növbəsində, Messinin atası Xorxe Messi 180 min avro cərimə ödəməlidir. Prokurorluq hadisələrin belə inkişafına qarşı çıxmayıb.

Qeyd edək ki, futbolçu və atası 2007 – 2009-cu illərdə 4,1 milyon avro məbləğində vergidən yayınma ittihamı ilə 2016-cı ilin iyununda məhkəmə qarşısına çıxıblar. Məhkəmənin həbs hökmü həbsxanada olma anlamına gəlmir. Çünki İspaniyada 2 ildən aşağı bütün cəzalar sınaq müddəti sayılır.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=95340

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930