Azad Rəhimov II Avropa Oyunlarının Koordinasiya Komissiyasına üzv seçildi

18.07.2017 - 12:52

2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının Koordinasiya Komissiyasının tərkibi açıqlanıb

Cumhuriyyet.net Report-a istinadən xəbər verir ki, Avropa Olimpiya Komitələrinin (EOC) elan etdiyi üzvlər siyahısına yenə Yunanıstan Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos başçılıq edir.

O, “Bakı-2015” I Avropa Oyunlarında da eyni funksiyanı yerinə yetirib. Onun müavini Xorvatiya Milli Olimpiya Komitəsinin prezidenti, Avropa Oyunları konsepsiyasının müəllifi Zlatko Matesadır. Ayrı-ayrı ölkələrin Milli Olimpiya komitələrindən komissiyaya üzv qismində Sergey Bubka (Ukrayna), Aleksandr Jukov (Rusiya), Alexandro Blanko (İspaniya), Dayna Qudzineviçyute (Litva), Andrjey Krasniçki (Polşa), Nils Niqard (Danimarka), Hasan Arat (Türkiyə), Mixael Vesper (Almaniya), Jan-Mişel Brön (Fransa), Liney Halldorsdottir (İslandiya), Corce Visaçki (Serbiya) və Jan Paterson (Böyük Britaniya) daxil edilib.

Eyni zamanda, qitənin 6 növ – atletika, stolüstü tennis, velosiped idmanı, cüdo, badminton və kanoe üzrə federasiyalarının prezidentləri komissiyada yer alıb.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə EOC rəsmiləri ilə birgə komissiyada təmsil olunacaq. O, siyahıya baş direktor kimi “Bakı-2015”-in uğurlu təşkilindəki aparıcı rolu ilə əlaqədar salınıb. EOC rəsmiləri isə hazırda qurumun prezidenti vəzifəsini icra edən Yanez Kosyançiç, baş katib Raffaele Panyotsi, xəzinədar Kikis Lazaridis və İcraiyyə Komitəsinin üzvü Mark Teyzendir.

A.Rəhimovun komissiya üzvü seçilməsi xəbərini Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova da təsdiqləyib.

Eyni zamanda, hazırlıq işlərinə ekspert və məsləhətçilər cəlb olunub.

Qeyd edək ki, II Avropa Oyunları 20-30 iyun 2019-cu ildə keçiriləcək.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=96868

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031