Kamran Ağayev Çexiya klubu ilə müqavilə bağladı

27.07.2017 - 17:10

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Çexiyanın “Mlada Boleslav” klubu ilə müqavilə bağlayıb

Cumhuriyyet.net Report-a istinadən xəbər verir ki, 31 yaşlı qolkiper 1+1 illik sözləşməyə imza atıb.

Mlada Boleslav şəhərinin eyniadlı təmsilçisi artıq yığma üzvünü Avropa Liqasının III təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” ilə görüşlər üçün sifariş edib.

O, yeni komandasında 30 nömrəli forma geyinəcək.

Qeyd edək ki, Kamran Ağayev son mövsümü Portuqaliyanın “Boavişta” klubunda keçirib. O, bu il aprelin 17-də Portuqaliya təmsilçisi ilə müqaviləsini pozub.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97368

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31