Bakıdan qayıdan müğənni sevincini biabırçı şəkildə qeyd etdi – VİDEO

06.08.2017 - 10:27

Ukrayna əsilli rusiyalı müğənni Lolita Milyavskaya Bakıda iştirak etdiyi “Jara” festivalından qayıdan sonra İnstagram-da onun hesabına abunə olanların sayının 1 milyona çatdığını görüb.
Müğənni bu hadisəni özünəxas tərzdə qeyd edib.
Belə ki, müğənni həmin vaxt evdə bu əlamətdar hadisəni qeyd etməyə nə şamlar, nə şar tapıb. Evdə tort da olmayıb, çünki Lolitanın özünün dediyi kimi, tortu yeməyə heç kim yox idi və bu məmulat qalıb xarab ola bilərdi. Belə vəziyyətdə Lolitanın köməyinə Bakıda “Jara” festivalının təşkilatçılarının ona (görünür həm də qalan iştirakçılara) hədiyyə etdiyi prezervativ çatıb. O, cibindən prezervativi çıxararaq şar kimi üfürüb şişirdib, sonra onun üstünə 999999 rəqəmini yazaraq abunəçilərinin sayının 1 milyona çatması münasibətilə videorilik hazırlayaraq İnstagram-da yayıb.
Lakin qalmaqallı müğənninin bu hərəkəti onun pərəstişkarlarının heç də hamısını məmnun etməyib. Bir çoxları bunu özlərinə qarşı təhqir kimi qəbul edərək Lolitanın İnstagram hesabına abunəliyi ləğv ediblər. Buna baxmayaraq videorolik xeyli populyarlıq qazanıb və ona 300 mindən çox adam baxıb.
Xatırladaq ki, Lolita bundan əvvəl “Jara” festivalında geydiyi kombinezonla qalmaqal yaratmışdı.

///virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=97508

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31