“İnstaqram” narkotik mafiyasını ələ verdi – FOTOLAR
ABŞ-ın Nyu-York şəhərində aparılan əməliyyat nəticəsində narkotik alveri ilə məşğul olan böyük mafiya qrupu ələ keçirilib.
ABŞ mətbuatının yazdığına görə, mafiya qrupunun “İnstagram”da lüks həyatları ilə bağlı paylaşdıqları fotolar onları ələ verib. Əməliyyat zamanı ilk olaraq qrupun bir üzvünün üzərindən 12 kq heroin aşkar edilib.
Daha sonra qrup məşhur meksikalı narkotik alverçisi ilə sövdələşərkən əməliyyatçılar tərəfindən basqına məruz qalıb. Basqın zamanı çox sayda bahalı markalı avtomobillər, milyonlarla pul ələ keçirilib.
Məlumata görə, mafiya rəhbərlərini 10 ilə qədər həbs cəzası gözləyir.
Musavat.com








Short URL: http://www.cumhuriyyet.net/?p=97546