Göz bəbəyinin rənginin dəyişməsinin səbəbi nədir?

07.08.2017 - 09:44

Gözün daxilində mikroskopik linza-göz bülluru var. Normal halda göz bülluru şəffaf olmalıdır. Lakin müxtəlif səbəblərdən göz bülluru tədricən bulanıq olur ki, bu da görmənin zəifləməsinə və daha sonra korluğa gətirib çıxarır. Göz büllurunun bulanmasının isə yaşla, travmalarla, radiasiya ilə əlaqəli və ya bəzi somatik və bir sıra digər göz xəstəlikləri kimi bir çox səbəbləri var.
Bu fikirləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi, həkim-oftalmoloq, tibb elmləri doktoru Aytən Sultanova AZƏRTAC-a məxsusi müsahibəsində bildirib.

Həkim deyib: “Statistikaya əsasən demək olar ki, 50 faiz hallarda korluğun səbəbi məhz kataraktadır. Bu xəstəlikdən heç kim sığortalanmayıb. Əvvəllər katarakta 90 faiz hallarda yaşlı, yəni, 70-75 yaşdan yuxarı insanlarda inkişaf edirdi. Lakin son zamanlar bu xəstəliyə 45-55 yaşlarda olanlar arasında daha sıx təsadüf edilir.

Kataraktanı vaxtında aşkar etmək və mütəxəssisə müraciət etmək çox vacibdir. Lakin xəstəlik tədricən, illər ərzində inkişaf etdiyi üçün insanlar bir çox hallarda xəstəliyin simptomlarına vaxtında fikir vermir və ya görmədə olan problemləri digər səbəblərlə izah edir.

Katarakta şübhəsini yaradan səbəblər görmənin zəifləməsi, bulanıq görmə, yaxını və ya uzağı görmənin artması, rənglərin görməsində dəyişikliklər, qaranlıqda görmənin pisləşməsi, göz bəbəyinin rənginin dəyişilməsi kimi hallardır. Göz bəbəyinin rənginin dəyişilməsi normal halda qara olan göz bəbəyinin tədricən bozumtul və ya sarımtıl rəng almasıdır. Uzun müddət mövcud olan katarakta zamanı göz bəbəyi ağarır.

Short URL: http://www.cumhuriyyet.net/?p=97605

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31