“Kopenhagen” azarkeşləri derbidə dava saldı – FOTOLAR

07.08.2017 - 11:10

“Qarabağ”ın Çempionlar Liqasının “pley-off” mərhələsindəki rəqibi “Kopenhagen”in Danimarka Superliqasının 4-cü turunda səfərdə “Brondbü”yə qarşı keçirdiyi matçda insident yaşanıb.

Qol.az-ın xəbərinə görə, qonaq komandanın azarkeşləri ilə polislər və hakim-inspektor arasında dava olub.

Çaxnaşma 90-cı dəqiqədə meydan sahiblərinin hesabı açmasından sonra baş verib. Həmin vaxt hakim-inspektorun başına zərbə endirilib. Meydana girən “Kopenhagen” azarkeşlərini 50-yə yaxın polis çətinliklə tribunaya qaytarıb. Baş verənlərə görə oyunda 18 dəqiqəlik fasilə yaranıb. Görüş davam etdirildikdən sonra nəticə dəyişməyib və “Brondbü” 1:0 hesablı qələbə qazanıb.

Dava zamanı 6 nəfər həbs olunub.

Baş verənlərlə əlaqədar “Kopenhagen” klubu bəyanat yayaraq, azarkeşlərinin hərəkətini biabırçılıq adlandırıb. Klub müvafiq orqanlarla birgə qanun pozucularını aşkara çıxararaq, cəzalandırılmasına nail olacaqlarını bildirib.

Qeyd edək ki, “Kopenhagen”ın Çempionlar Liqasının “pley-off” mərhələsində “Qarabağ”la ilk oyunu avqustun 15-də Bakıda, cavab görüşü isə avqustun 23-də Kopenhagendə keçiriləcək.

 

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=97637

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31