“Useyn Bolt məni görən kimi salam verir” – Azərbaycanlı idmançı

07.08.2017 - 14:17

Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev Böyük Britaniyanın paytaxtı Londonda start götürən dünya çempionatı ərəfəsində “Hürriyet” qəzetinə müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı idmançı Türkiyə həyatına uyğunlaşmaqda çətinlik çəkmədiyini söyləyib: “Mən azərbaycanlı olduğumdan, özümü əcnəbi kimi hiss etməmişəm. Dilimiz eyni, doğulub boya-başa çatdığım Bakı da İstanbul kimi böyük şəhərdir. Buraya çox asanlıqla alışdım. Həmçinin, çıxış etdiyim “Fənərbaxça” klubunda mənə çox böyük dəstək verirlər. İlk növbədə klub prezidenti Əziz Yıldırımı qeyd edərdim. Bu klub olmasaydı, bəlkə də Türkiyəyə gəlməyəcəkdim. Karyeramın, əldə etdiyim nəticələrin səbəbi klubumdur. “Fənərbaxça” olmasaydı, bəlkə də atletika ilə çoxdan vidalaşmışdım”.
Türkiyəni dünya çempionatında 200 metr məsafəyə qaçışda təmsil edəcək Quliyev hədəfinin medal qazanmaq olduğunu söyləyib. Azərbaycanlı atlet dünya şöhrətli Useyn Bolt barədə də danışıb: “Boltla ilk dəfə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qarşılaşmışdım. O vaxtlar çox da böyük idmançı deyildi. Yarışlarda məni görən kimi salam verir. Çox təvazökar insandır. Rok ulduzu kimidir. Bəzi idmançılar var ki, kiçik bir nəticə göstərən kimi dərhal dəyişirlər. Sən isə onun yanında özünü pis hiss edirsən. Amma Bolt elələrindən deyil. Əksinə çox yaxşı insandır. Düzdür, Bolt “Londondakı dünya çempionatından sonra karyeramı bitirəcəyəm” deyib. Amma məncə, dönəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=97680

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31