Xərçəng xəstələrinə ŞAD XƏBƏR

07.08.2017 - 18:40

“Ölkə.Az” xəbər verir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, qızıl zərrəcikləri xərçəng əleyhinə istifadə edilən dərmanların təsirini artıra bilər.

Edinbuq universitetinin alimi doktor Asier Unciti-Broceta qızılın bilinməyən bir xüsusiyyətini kəşf edib. Alim deyib: “Bunu xəstələr üzərində tətbiq etmək üçün vaxt var. Amma bu irəliyə doğru atılmış bir addımdır. Bir gün cərrahların kimyəvi terapiyanın bir başa olaraq hüceyrlərə təsir etməsini təmin etmək üçün bir cihazı vücuda yerləşdirəcəklərinə inanıram”.

İngiltərənin Xərçəng Araşdırmaları Mərkəzinin doktoru Eni Makkarti deyib: “Bu növ üsullar beyin şişlərinə və müalicəsi çətin olan digər xərçənglərə qarşı effektiv üsul ola bilər”.

Araşdırma vaxtı zebra balığının beyninə qızıl hissəcikləri yerləşdirilib. Bu zərrəciklər dərmanın təsirini artırıb. Alimlər bu üsulu insan üzərində də təbiq etməyi düşünürlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=97708

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31