2100-cü ildə istilər milyonlarla insanın ölümünə səbəb olacaq — ŞOK AÇIQLAMA

07.08.2017 - 18:47

“Ölkə.Az” xəbər verir ki, beynəlxalq alimlər qrupu araşdırma nəticələrinə əsasən bu qənaətə gəliblər. Bildirilir ki, ekstremal hava şəraitindən baş verəcək ölümlərin 99%-inin səbəbi isti hava olacaq.
Mütəxəssislər 1981-2010-cu illər arasındakı iqlim məlumatlarını analiz ediblər. Bu məlumatları əhalinin miqrasiya və artım proqnozu və gələcəkdəki hava şəraiti, anomal istilərin tezliyi, quraqlıq, meşə yanğınları, fırtına və su daşqınları ilə müqayisə ediblər. Qənaətə əsasən, qlobal istiləşmə səbəbindən Yer iki dərəcə isinəcək və isti hava şəraitindən ölümlərin sayı 5400% artacaq. Sahilyanı əraziləri subasma səbəbindən isə ölümlərin sayı 3780%, meşə yanğınlarından ölənlərin sayı 138%, tufanlardan ölənlərin sayı isə 20% artacaq.
XXI əsrin sonuna qədər ekstremal hava şəraitindən ölənlərin sayı hər il 150 min nəfərə çatacaq. Hazırda bu rəqəm 3 min nəfərdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=97716

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31