Arda Turan yenidən Türkiyə millisində

08.08.2017 - 13:24

Türkiyə millisinə yeni baş məşqçi təyin olunan rumıniyalı Mirça Luçesku Arda Turanı yığmaya qaytara bilib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın sabiq baş məşqçisi Fatih Terim və jurnalist Bilal Meşə ilə aralarında yaranan problemlərə görə milli tərk edən ulduz oyunçu artıq yenidən bu formanı geyinmək qərarı verib. 

İspaniyaya gedərək Arda ilə görüşən Mirça onun könlünü ala bilib. Rumıniyalı təcrübəli mütəxəssislə Arda arasında belə dialoq baş tutub:

– Luçesku: Sən komandanın kapitanısan. Bizim sənə ehtiyacımız var. Mən milli komandaya olan sevgini, sənə olan sevgini geri qaytaracam. Buna görə yenidən bu formanı geyinməlisən.

– Arda: Mənim də sevgiyə ehtiyacım var.

– Luçesku: O zaman geri dönəcəksən.

Görüşün sonunda tərəflər razılığa gələ biliblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=97826

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31