Yaponiyada qorxunc robot-canavar yaradıldı – VİDEO

12.08.2017 - 10:34

Yaponiyada vəhşi heyvanları qorxutmaq üçün nəzərdə tutulmuş robot-müqəvva yaradılıb.

Canavara oxşayan robotun uzunluğu 65 sm, hündürlüyü 50 sm-dir. Robot tük örtüyünə və iri dişlərə malikdir. Gözlərinə qırmızı LED-işıq yerləşdirilib. Qurğu səs imitasiya sistemi ilə təchiz olunub və canavar, insan, atəş səsləri və digər səslər çıxarır. Robota yerləşdirilmiş infraqırmızı sensor hərəkəti izləyir və lazım gəldikdə gözləri və səsi qoşur.
Belə görünür ki, robot-canavar gecələr nəinki heyvanları, hətta insanları da qorxudacaq.
“JA Kisarazu-shi” kənd təsərrüfatı kooperativi tərəfindən yaradılmış robotun prototipi iyun ayında uğurla sınaqdan çıxarılıb. Qiyməti 1800 dollara yaxın olacaq. Satışların sentyabrda başlaması nəzərdə tutulub.(lent.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=97880

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31