Rəşid Mahmudovun adından saxta dərman biznesinin reklamında istifadə olunur

10.10.2017 - 12:26

Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov onun adından saxta dərman biznesinin reklamında istifadə edikləri üçün Səhiyyə Nazirliyinə şikayət edib

Gununsesi.info-ya bu haqda məlumat verən R.Mahmudov bildirib ki, işbazlar təkcə onun deyil, Səhiyyə Nazirliyinin də adından yararlanıblar:
“Adımdan Rusiya istehsalı olan oynaq ağrılarında istifadə edilən məlhəmin reklamında istifadə ediblər. Leyla Orucova adlı şəxs adımdan yazdıqları 4 səhifəlik rəydə bildirib ki, Səhiyyə Nazirliyi də guya bu məlhəm haqqında müsbət rəy verib. Mənə bu haqda heç bir şirkət müraciət etməyib. Adımdan yazıblar. Hətta tibb elmlər doktoru olduğum halda, məni professor kimi təqdim ediblər. Mən də bundan xəbər tutanda Səhiyyə Nazirliyinin mətbuat xidmətinə müraciət etdim. Dedim ki, bu işbazlar nazirliyin adından da istifadə ediblər, bu haqda tədbir görün. Guya nazirliyin də müsbət rəy verdiyi bu məlhəm maral buynuzundan hazırlanıb. Bəla burasındadır ki, tanınmış adamlar, millət vəkilləri durmadan mənə zəng edirlər ki, haqqında rəy verdiyiniz o məlhəmdən hardan ala bilərik”.
R.Mahmudov qeyd edib ki, işbazların əməllərindən şikayətçidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=100855

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930