“Barselona” yox deyib “Real”ı seçdi

02.04.2015 - 20:53

87266“Portu”dan “Real”a transfer olunan Danilo barədə maraqlı fakt ortaya çıxıb.

ANS PRESS-in məlumatına görə, bu il qış transfer pəncərəsində Danilo üçün “Barselona”dan 37 milyon avro təklif olunsa da tərəflər razılığa gələ bilməyiblər.

“İlin transfer bombası” adlandırılan bu keçid “Real”a 31,5 milyon avroya başa gəlib. İspaniya klubu 23 yaşlı futbolçu ilə 2021-ci ilədək anlaşma əldə olunub. Onun müqaviləsi mövsümün sonunda qüvvəyə minəcək.

Danilo ilə həmçinin “Mançester Yunayted” də maraqlanırdı.

Qeyd edək ki, tam adı Danilo Luiz da Silva olan futbolçu 2012-ci ildən “Portu”da çıхış edir. O, əvvəllər vətənində “Amerika” və “Santos” klublarının formasını geyinib. Braziliyanın U-20 və U-23 yığmalarında çıхış etmiş Danilo 2011-ci ildən çağırıldığı A millidə 13 oyun keçirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=20852

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031