3 qat İtaliya çempionu D Seriyasına düşürüldü
90-cı illərin güclü komandalarından olan “Parma” borclarını ödəyə bilmədiyinə görə iflas olduğunu açıqladı və D Seriyasına düşürüldü.
ANS PRESS-in məlumatına görə, klubun səhmlərinin satın alınması üçün təyin oliunan son gün də alıcı tapılmadığına görə “Parma”nın iflası rəsmən açıqlandı.
Ötən mövsüm B Seriyasında mübarizə aparan “Parma” İtaliyanın həvəskar liqası olan D Seriyasına düşürüldü.
“Parma”nın uğurları:
3 İtaliya çempiyonluğu
1 İtaliya Superkuboku
1 Kuboklar Kuboku qalibi
2 UEFA Kuboku
1 UEFA Superkuboku
Short URL: http://www.cumhuriyyet.net/?p=26955