Amerikanı şoka salan azərbaycanlı danışdı (VİDEO, FOTO)

24.06.2015 - 11:53

72fd3bea3f50Soydaşımız, sirk artisti Üzeyir Novruzov ABŞ-ın Las-Veqas şəhərində yaşayır. O, elə həmin şəhərdə solo şouları ilə çıxış edir.

39 yaşlı Üzeyirin “America’s Got Talent” şousunda Çarli Çaplin obrazındakı çıxışı isə amerkialıları heyran edib.

Ü.Novruzovun müsahibəsindən bəzi hissələri təqdim edirik:

– Üç qardaşıq, hamımız sirkdə işləyirik. İki qardaş birlikdə çalışır, Avropa ölkələrini qastrollarla dolaşırlar. Mənsə Moskva Sirk Məktəbini başa vurandan sonra öz solo-nömrəmlə çıxış edirəm. 4 qitəni, ölkələri, şəhərləri dolaşandan sonra ABŞ-da qalmağa qərar verdim.

– Niyə məhz ABŞ-da, Las-Veqasda?
– Amerikaya ilk dəfə 2000-ci illərin əvvəllərində yollanmışdım. Sonra qastrollara getdim. “Cirque du Soleil” ilə növbəti dəfə Amerikada qastrollarda olanda orada qalmağa qərar verdim. Ailə qurdum, Kaliforniyada uşaqlarım anadan oldu. Başa düşürsünüz, burada peşəmlə işləmək imkanları daha çoxdur. Xüsusilə də Las-Veqasda. Bilirsiniz ki, bu şəhər əyləncə üzərində qurulub.

– ABŞ-da yaşayana qədər “Cirque du Soleil”lə dünyanı dolaşıbsınız?
– Hə, təxminən 10 il.

– Həyat yoldaşınız amerikalıdır? Ailəniz böyükdür?
– Yox, xanımım rusdur. Əkiz qızlarımız var, 9 yaşlarında.

– Azərbaycanda çox məşhurlaşdınız.
– Hə, xəbərim var. Xüsusilə də anamın sevinməyi məni heyrətləndirdi. Axı hamı ona, Gəncəyə zəng vurub təbrik edirdilər.

– Övladlarınız yolunuzu davam etdirəcək?
– Yox, onların belə marağı yoxdur. Tennis oynayırlar, yaxşı rəsmlər çəkirlər.

– Azərbaycanda son dəfə nə zaman olubsunuz?
– Bakıda və Gəncədə 2012-ci ildə olmuşam. Anama qonaq getmişdim. Qastrollara gəldikdə isə, əfsuslar olsun ki, hələlik baş tutmayıb. Amma doğmalarımı sevindirmək istərdim. Allah qoysa, bəlkə, şoumu yaratdım və Azəbaycana qastrola gəldim.

– ABŞ vətəndaşısınız, yoxsa Rusiya və ya Azərbaycan vətəndaşlığını saxlayıbsınız?
– ABŞ və Rusiya vətəndaşlığım var. Təbii, Azərbaycan vətəndaşlığını da almaq istərdim.

– “America’s Got Talant” şousuna necə yollandınız?
– Nömrəmin videosunu yollamışdım. Bəyəndilər, dəvət etdilər. İkinci mərhələyə çıxdım. Həmin mərhələ Nyu-Yorkda olacaq. Cəmi 90 saniyə vaxt verirlər. Nərdivanla olan nömrəmin davamını hazırlayıram. Azərbaycanla bağlı nömrəm da var. Məşq variantındadır, nağaralarla.

– Bütün nömrələrinizdə Çarli Çaplin obrazındasınız?
– Hə, bu obraz vizit kartımdır, yaxşı alınır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27137

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930