Hər il minlərlə insanı ölümdən xilas edən siçanlar – FOTO

25.06.2015 - 12:24
970105_461561Gəmiricilər adətən insanların ən sevmədiyi heyvan cinsinidəndir. Ancaq FaktXəbər olaraq təqdim etdiyimiz bu yazıda onların minlərlə insanın həyatını necə xilas edəcəyini anladacağıq.
Afrikada minalanmış ərazilər böyük problemlər yaradır. Mina təmizləmə çox vaxt alan və bahalı bir işdir. Sözügedən qitənin qaynaqları isə bildiyimiz kimi qıtdır. Bu problemə  APOPO adlı STK-nın mükəmməl bir həlli var. Onlar Afrikaya məxsus xüsusi bir gəmirici  növünü  mina axtarmaq üçün təlim edirlər.
Bu məşqlər  aylarla çəkir. Təlim müddətində və sonrasında heyvana çox yaxşı davranılır.
Bu gəmiricilər el arasında  HeroRat (Qəhrəman siçan) adlanırlar. İybilmə duyğuları çox inkişaf edən bu heyvanlar minaları qoxulayaraq tapırlar.
Nəhəng kisəli siçan olaraq tanınan bu gəmiricilər yüngül olduqları üçün minada partlama risqi yoxdur. FaktXəbər-in verdiyi məlumata görə, bu günə qədər bir dəfə olsa belə  HeroRat vəzifədə ikən ölməyib.
Onlar 200  kv.m sahəni 20 dəqiqədə təmizləyə bilirlər. Qeyd edək ki, mina detektorlu insanlar eyni işi  25 saata görər.
Qəhrəman siçanlar orta hesabla 8 il yaşayır. Yəni təlimdən sonra  orta hesabla illərlə iş başında olurlar. Adətən 6 ildən sonra «təqaüdə» çıxırlar. Bol-bol meyvəylə bəslənib, kef etdikləri əla bir qocalıqları olur.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27231

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728