Səhiyyə inanılmaz kəşfin bir addımlığında

14.07.2015 - 01:07

1436809857Niderland alimi xəstəlikləri proqnozlaşdıran kompüter sistemi hazırlayır.
Axar.az xarici mediaya istinadən xəbər verir ki, insanlarda bu və ya digər xəstəliklərin mümkün inkişafını proqnozlaşdıra bilən kompüter sistemi tezliklə reallığa çevriləcək. Həmin sistemin hazırlanması ilə Niderlandın Erazma Rotterdram adına Universitetinin tibbi vizual professoru Viro Nissen məşğul olur.
Sistem xəstəliyə meyilliliyin diaqnozunu maqnit-rezonans və kompüter tomoqrafiyası vasitəsilə əldə edilən on minlərlə təsvir əsasında verəcək. Professor qeyd edib ki, çoxlu şəkillərdən ibarət məlumat bazası olsa, kompüter müəyyən xəstəliklərin əlamətlərini ilk simptomlar əmələ gəlməmişdən əvvəl aşkar edə bilər:
“Xəstələr 5-10 il nəzarət altında olanda və sonradan onlarda yaddaşla bağlı problemlər yaranmağa başladıqda və ya altsgeymer xəstəliyinin ilk simptomları özünü büruzə verdikdə, biz geri dönərək bir neçə il əvvəl çəkilən şəkillərə baxa bilərik”.
Hazırda professor diqqəti ürək-damar xəstəliklərinin və neyrodegenerativ pozuntuların proqnozlaşdırılmasına yönəldib. Onun sözlərinə görə, gələcəkdə sistemin fəaliyyətini digər xəstəliklərə də tətbiq etmək mümkün olacaq.
Bu yaxınlarda alim kəşfinə görə nüfuzlu tibbi və 500 min avro məbləğində pul mükafatına layiq görülüb. O bu vəsaiti genetik informasiyanın – DNK təsvirlərinin analizinin nəticələrinin uyğunlaşdırılması üsullarının işlənməsinə yönəltmək niyyətindədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28092

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728