Amerikanın ən gözəl qızı seçildi – Fotolar
“Miss USA-2015” gözəlinin adı açıqlanıb.
Amerikanın gözəli Oklahoma ştatından olan 26 yaşlı Oliviya Cordan seçilib. Fitnes-məşqçi kimi fəaliyyət göstərən gözəl münsiflərin təxribat xarakterli sualına da məharətlə cavab verib.
“ABŞ-ın ən yaralı məsələsi nədir” sualına Oliviyanın cavabı belə olub:
“Ölkədə hələ də irqçilik məsələləri aktuallığını qoruyur. Biz hələ də bu problemi həll etməmişik. Bu məsələ ətrafında işləməliyik”.
Müsabiqənin ikincisi isə 22 yaşlı texaslı Ulliana Querra olub. Yarışmaya ABŞ-ın 50 ştatından iştirakçı qatılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=28100