Ən gözəl adanın adı məlum olub

14.07.2015 - 01:49

publika.az1436788632malta_282x187“Travel+Leisure” səyahət jurnalı amerikalı oxucular arasında sorğu apararaq ən gözəl adanı seçib.
Dünya adaları arasında turistlər üçün maraqlı və əyləncəli ada Ekvadora məxsus Qalapaqos adası seçilib.
Ən gözəl adalar siyahısına İndoneziyanın Bali və Maldiv Respublikasının adaları da daxil olub. Onların ardınca isə Avstraliyanın Tasmaniya və Yunanıstanın Santorini adası gəlir.
Həmin siyahının 6-cı yerində Murea (Fransız Polineziyası), 7-ci və 8-ci yerlərdə Havaya məxsus Maui və Kauai adaları da daxil olub. 9-cu yerdə Böyük Sədd rifi (Avstraliya), reytinqin 10-cu yerində isə Malta Respublikası qərarlaşıb.
Verilən məlumata görə, Qalapaqos turistləri flora və fauna, həmçinin məşhur nəhəng tısbağaları ilə diqqət çəkir. Həmçinin bu adada Çarlz Darvin öz tədqiqatlarını davam etdirib. Məhz burada aparılan tədqiqatlar onun təkamül nəzəriyyəsinin əsasını qoyub
Qalapaqos adaları Ekvador dövlətinə məxsusdur və arxipelaqda 25 mindən çox insan yaşayır. Oradakı illik temperatur 25 dərəcədir. publika.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28103

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728