98 yaşlı nənə motosikleti “uçurtdu” – VİDEO

14.07.2015 - 12:01

35668498 yaşlı qadın motosiklet idarə edir. Türkiyənin Samsun şəhərində yaşayan Həmidə Qarabulud nə qədər yaşlı olsa da, ruhu bir o qədər cavandır. Motosiklet idarə etməyi oğlundan öyrənən 98 yaşlı qadın ikitəkərli nəqliyyat vasitəsində gəzməyi az qala öz hobbisinə çevirib.

8 övlad anası olan Həmidə Qarabuludun böyük oğlunun 73 yaşı var. Övladları 98 yaşlı qadının motosikletdən əl çəkməsi üçün çox çalışsalar da, Həmidə Qarabulud inadından dönməyib. Hər gün motosikletlə gəzintiyə çıxan Samsun sakini nəvə-nəticələrinin sayını da yaddan çıxarıb. Onun indi bu həyatda zövq aldığı sadəcə motosiklet idarə etməkdir.

Oğlu anasının yıxılıb xəsarət alacağından narahat olduğu üçün çox vaxt motosiklet gəzintisinə onunla birgə çıxır. Amma 98 yaşlı nənənin buna ehtiyacı olmur. Əksinə, onun motosiklet idarə etməsini ətrafdakılar heyrətlə izləyirlər.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28178

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728