İŞİD daha bir azərbaycanlı şəhərini işğal etdi – Video

14.07.2015 - 16:19

1436864849İŞİD Azərbaycan əsilli türkmanların çoxluq təşkil etdiyi Telafer şəhərini işğal edib.

Publika.az xəbər verir ki, bununla bağlı İŞİD-ə yaxın saytlarda videogörüntülər yayılıb.
Qeyd edək ki, Telafer İraqın Suriya ilə sərhədində yerləşir. Bundan öncə Suriya ərazisində yerləşən və əhalisinin əksəriyyətini türkmanlar təşkil edən Telabyad şəhəri İŞİD tərəfindən işğal olunmuşdu.
İraq Türkman Cəbhəsinin lideri Erşat Salihi isə Telaferi işğal edən İŞİD-in Kərkük üçün ciddi təhlükə yaratdığını bildirib: “İraq mərkəzi hökuməti bununla bağlı heç bir iş görmür və İŞİD təhlükəsi Kərkükə doğru gəlməkdədir. Peşmərgə də yalnız müəyyən bölgələri qorumaqdadır. Koalision güclərinin hücumları da İŞİD-ə təsir etmir”.
E. Salihi qeyd edib ki, Peşmərgənin tankları var, lakin türkman könüllülərinin əlindəki sadəcə adi silahlardır.
“Peşmərgə ilə aramızda fərq onların tank və digər ağır silahlarının olması, həmçinin havadan dəstəyin verilməsidir. Türkmanların silahlandırılmasına bir yandan kürdlər, digər yandan İraq mərkəzi hökuməti imkan vermir”, – deyə o bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=28201

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728