Sökülən binaların əşyaları bu dükana gəlir…- Fotolar

20.07.2015 - 20:30

99024“Bu, qədim radiodur. Patefonu da var. Bu ütünü görursünüzüm?! Açırsan, kömürü qoyursan, bağlayırsan. Kömürlə işləyir, 1811-ci ilindir…”

Bakıda köhnə məhəllələrin sökülməsi köhnə ev əşyalarının satışını da artırıb. Artıq 11 ildir köhnə əşyaları alıb-satan Qulaməli Babayev deyir elə əşyalar var ki, birbaşa satır, elələri də var əl gəzdirəndən sonra alıcı axtarır.

Q.Babayevin satdıqlarının içində nələr yoxdur ki?! Lampalar, tərəzilər, yazı makinası…

“Bu lampalar 15 manatdır. Bu – 20 manat, bu – 10 manat. Bu, tərəzidir, çəki daşları da var. 100 manatdır. Əlbəttə, bunu alan istifadə etməyəcək, bir xatirə kimi saxlayacaq. Daş ütülərdən 5 manata olanı da var, 10 manata olanı da. Radiolar 20 manatdır. O vaxtı 99 rubl idi. Telefon 100 manatdır, işləyir. Bu telefondakı düymələri basırsan, o biri telefonu götürürsən. Bu cür əşyaların xəstəsi olan alıcılar çoxdur” – Q.Babayev deyir.

Qulaməli Babayevin zirzəmi-mağazası sərgini xatırladır. Deyir ki, sərgi dükanı alıcı sarıdan kasad deyil. Köhnə yazı makinaları, qədim qablar alıcıları daha çox cəlb edir.

Ramin İsmayılova da yazı makinası maraqlı gəlir: “Bizim evdə kompüter var, burada isə makina satılır. İstəyərəm ki, evdə olsun. Əlbəttə, istifadə edəndə kompüterdən edəcəyəm. Ancaq yazı makinasının olması da maraqlıdır. Yenilik və köhnəlik… Maraqlıdır. Qədimi əşyalara çox üstünlük verirəm. Tarixə aid olan əşyalar məni çox maraqlandırır. Bu vaxta qədər qədim saatlar, xalçalar almışam. Heykəllər də maraqlıdır”.

Lenin satılmır

Qulaməli Babayev deyir ki, güzgünü neçə il əvvəl tapıb. Sahibi çıxsa, gəlib apara bilər. Ancaq mütləq gərək göstərilən tarixdə ailə qurmuş şəxslər olsun: 

“Ehhh, hələ o qədər köhnə evlər söküləcək ki…”

Qulaməli Babayevin bir arzusu da dükanı genişləndirib adını “Köhnə Bakı” qoymaqdır. Deyir ki, “heç kim heç nə almasa belə yetər ki, gəlib baxsınlar, köhnə Bakını unutmasınlar”.

AzadlıqRadiosu

Satıcı əşya baxımından isə qıtlıq çəkməyəcəyini fikirləşir: 

“Eh, hələ o qədər köhnə evlər söküləcək ki… Sökülən evlərin sahibləri də çox vaxt könhə əşyanı özü ilə aparmaq istəmir. Həmin əşyalar bu dükana gələcək, mən də “Köhnə Bakı” yaradacağam”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28387

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930