Bakıda növbəti “Formula 1” yarışları keçiriləcək – Tarix bəlli oldu – FOTOLAR

02.12.2016 - 15:33
nigarBakıda ikinci dəfə keçiriləcək “Formula-1” yarışlarının başlama tarixi bəlli olub. 
Musavat.com xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yarışlarla bağlı mətbuat konfransı təşkil edib.
Konfransda verilən məlumata görə, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də www.bakucitycircuit.com saytında onlayn qaydada satışa çıxarılacaq.
Şirkətin mətbuat xidmətinin rəhbəri Nigar Arpadarai ilk olaraq bilet satışı ilə bağlı məlumat verib: “Biletləri 17 müxtəlif məntəqədən, o cümlədən Park Bulvar və Gənclik alış-veriş mərkəzlərində, ASAN xidmətin Bakı və Sumqayıt şöbələrində və paytaxtın bir sıra teatr və mədəniyyət mərkəzlərində yerləşən bilet satışı məntəqələrindən əldə etmək mümkün olacaq.
Əməliyyat şirkəti biletləri erkən alanlar üçün məhdud sayda 30%-dək endirimli 4 günlük biletlər təklif edir. Bu kampaniya 31 yanvar 2017-ci il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra biletlərin satışı əvvəlki endirimsiz qiymətlərlə aparılacaq”.
Konfransda verilən məlumata görə, yarışların tarixi dəyişib: “FİA-nın elan etdiyi 2017 Formula 1 Dünya Çempionatının təqviminə görə, Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışı 23-25 iyun tarixlərində baş tutacaq. Nəzərdə tutulan tarixin bir həftə sonraya keçirilməsində əsas məqsəd ötən Qran Prinin 24 saat davam edən Le Man yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır”.
Nigar Arpadarai çıxışı zamanı qeyd edib ki, Bakıda keçiriləcək Formula 1 yarışının rəsmi adı dəyişdirilərək təqvimdə Formula 1 Azərbaycan Qran Prisi təyin edilib.
 
Musavat.com






https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83608

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930