Ən nüfuzlu FMX yenidən Madriddə

06.07.2017 - 00:03

7 iyulda Madriddə 16-cı “Red Bull X-Fighters” yarışında ən yaxşı fristayl-motokross (FMX) rayderləri havada süzəcək. Hazırki çempion, fransız Tom Paje dünyanın ən nüfuzlu FMX yarışından kənarda qalacaq, o, alman rayderi ilə əvəz ediləcək

Cumhuriyyet.net-in məlumatına görə, fristayl-motokross dünyasında həyəcan 16-cı “Red Bull X-Fighters” yarışının başlanmasına üç gün qalmış başlanır və Madriddəki Las-Ventas korrida arenasında pik həddinə çatır. Ən yaxşı rayderlər 20000 tamaşaçı qarşısında qalib adı uğrunda yarışacaqlar.

Madrid yarışlarının dördqat qalibi Tom Paje çiynində aldığı zədə səbəbindən keçirdiyi əməliyyatdan sonra tam sağalmadığı üçün oyundan kənarda qalıb. Buna görə də nüfuzlu Madrid mükafatı uğrunda “Red Bull X-Fighters”in dörd keçmiş çempionu yarışacaq.

“Bu, mənim üçün böyük uğrusuzluqdur”, – Paje deyib. – Madridə qayıdıb Las-Ventasdakı beşinci triumfum uğrunda mübarizə aparmağı çox gözləyirdim. Çünki həm oradakı mühit möhtəşəmdir, həm də bu il rayderlərin səviyyəsi əvvəlki illərlə müqayisədə daha yüksək olacaq”. Madriddəki fəndlər FMX dünyasının ən baxımlılardan hesab edilir, çünki rayderlər ən yaxşı fəndlərini göstərmək üçün xüsusi olaraq hazırlaşır və məşq edirlər.

Yarış İspaniyada, Madriddə yerləşən korrida arenası Las-Ventasda keçiriləcək. Məşhur arenada 1931-ci ildən etibarən korrida yarışları keçirilir.

“Red Bull X-Fighters” yarışına onlayn baxmaq üçün http://win.gs/2sqT2evlinkinə keçin. Onlayn canlı yayımı qaçırmamaq üçün “Xatırlat” düyməsini klikləməyi unutmayın.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=95905

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930