Fatih Terimlə kürəkənləri əlbəyaxa oldu

15.07.2017 - 23:04

Türkiyə millisinin baş məşqçisi Fatih Terim qalmaqala qarışıb

Cumhuriyyet.net-in Apasport.az-a istinadla məlumatına görə, təcrübəli mütəxəssis dava iştirakçısı olub.

Belə ki, bir kabab restoranında Terimlə yanında olduğu iddia edilən kürəkənləri Volkan Bahçakapılı və Ahmet Baran oranın işçiləri ilə əlbəyaxa olublar. Restoran əməkdaşlarının polisə verdiyi ifadəyə görə, Terimin yanındakılar məkandakı oturacaqları qırıb və onları döyüblər.

Hadisənin baş verməsinə səbəb kimi kürəkənlərdən birinin dükanı ilə restoran arasındakı hasar göstərilir. Maraqlıdı ki, restoran sahibi olan Selahattin adlı şəxs “Qalatasaray” klubunun üzvüdü və eyni zamanda Türkiyə Futbol Federasiyasında vəzifəsi var.

Fatih Terim və kürəkənləri hələlik bu məsələ ilə bağlı açıqlama verməyib.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96641

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31