“Fənərbağça”nın yeni transferi açıqlanıb
“Fənərbağça” növbəti transferini reallaşdırıb
Cumhuriyyet.net Goal.az-a istinadən xəbər verir ki, Çili millisinin müdafiəçisi Maurisio İsla “sarı lacivərdlilər”lə 3 illik müqavilə imzalayıb.
29 yaşlı futbolçu yeni klubunda 2 nömrəli formanı geyinəcək. İsla ötən mövsüm “Cagliari”nin heyətində meydana çıxdığı 34 qarşılaşma 1 qolla yadda qalıb. Qeyd edək ki, “Fənərbağça” ondan əvvəl Nabil Dirar və Matye Valbuenanı da transfer etmişdi.
cumhuriyyet.net
Short URL: http://www.cumhuriyyet.net/?p=97118