Futbolçu təsadüf nəticəsində meydandan qovuldu – Video

02.10.2017 - 11:26

Fransa çempionatı oyununda futbol tarixinin ən qəribə hadisələrindən biri baş verib.

Report xəbər verir ki, insident “Anjer” – “Lion” matçı zamanı qeydə alınıb.

Oyunun 50-ci dəqiqəsində 3:1 hesabı ilə irəlidə olan “Lion”un futbolçusu Marselo cərimə meydançası yaxınlığında rəqibə qarşı kobudluğa görə sarı vərəqə görüb. O, hakimin qərarı ilə razılaşmayıb və əl yelləyərək cərimə meydançasına doğru gedib. Bu zaman futbolçunun əli təsadüfən hakimin tutduğu sarı vərəqəyə dəyərək onu yerə salıb.

Marselo hadisənin tam təsadüf nəticəsində baş verdiyini izah etməyə çalışsa da, hakim buna məhəl qoymayıb və ona qırmızı vərəqə göstərərək meydandan qovub.

Matç 3:3 hesabı ilə yekunlaşıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=99904

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930