Bakıda zavodda partlayış: Ölən və xəsarət alan var – FOTO

20.11.2017 - 14:41

Bu gün Bakının Qaradağ rayonunda baş vermiş partlayışda ölən şəxsin kimliyi müəyyənləşib.

Cumhuriyyet.net Lent.az-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsi yaxınlığında (qəbiristanlığın kənarında) yerləşən alüminium məhsulları müəssisəsindəki partlayışda ölən şəxsin oranın işçisi Məmmədov Bəhmən Heydər oğlu olması dəqiqləşib. Onun meyiti morqa aparılıb və daha sonra ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir və araşdırmalar davam etdirilir.

***

13:30

Bu gün Qaradağ rayonunda baş vermiş partlayış nəticəsində vəfat edən şəxsin meyiti morqa aparılıb.

Cumhuriyyet.net Lent.az-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsində, qəbiristanlığın yaxınlığında yerləşən və türkiyəli iş adamına məxsus olan alüminium məmulatların qəbulu, çeşidlənməsi və istehsalı müəssisəsindəki partlayışdan sonra əraziyə 2 təcili tibbi yardım briqadası gəlib. Ölən şəxsin meyiti götürülüb. Hazırda onun kimliyi araşdırılır.

İlkin məlumata görə, partlayışa qaz balonu səbəb olub. Qaradağ rayon Prokurorluğunun və polis idarəsinin rəhbər şəxsləri hadisə yerinə gəlib.

***

12:57

Bakıda zavodda partlayış olub.

Cumhuriyyet.net APA-ya istinadən xəbər verir ki, partlayış bu gün saat 11:00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, türkiyəli iş adamına məxsus zavodda qeydə alınıb.

Partlayış nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Hazırda hadisə yerində araşdırma aparılır.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=104947

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930