Ukraynada azərbaycanlıların restoranları partladıldı: ölənlər var

09.08.2014 - 17:32

Onların arasında azyaşlı uşaq da var

Onların arasında azyaşlı uşaq da var 

Ukraynanın Donetsk vilayətinin Strabeşovskiy şəhərində
azərbaycanlılara məxsus “Ağdam” və “Astara” restoranları separatçılar
tərəfindən partladılıb. Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədr
müavini Nadir Zeynalov APA-ya açıqlamasında bildirib ki, hər iki hadisə
avqustun 6-dan 7-nə keçən gecə olub.

O qeyd edib ki, müvafiq olaraq Qubad Sarıyevə və Tahir Ramazanova
məxsus restoranlarda partlayış zamanı tələfat da olub: “Bizdə olan
məlumata görə, ölənlər arasında azyaşlı uşaq da var. Lakin hazırda həmin
ərazi separatçıların nəzarətində olduğu üçün dəqiqləşdirə bilmirik”.

Azərbaycan Daxili İşlər Nazirliyinin ölkəmizin Ukraynadakı
səfirliyindəki nümayəndəsi Şahin Ocaqov APA-ya açıqlamasında bildirib
ki, bu barədə məlumat onlara dünən daxil olub və tərəflərindən araşdırma
aparılır: “Sadəcə olaraq, həmin ərazi ilə rabitə zəifdir deyə vəziyyəti
tam dəqiqləşdirə bilmirik. Vəziyyəti tam araşdırandan sonra tələfatla
bağlı dəqiq məlumat olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10775

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31