Seçki qutusundan Sibel Can çıxdı
Türkiyədə keçirilən prezident seçkilərində maraqlı hadisə baş verib
Türkiyədə keçirilən prezident
seçkilərində maraqlı hadisə baş verib. ANS PRESS-in məlumatına görə,
Balıkəsirin Edremit rayonunda səs faizləri hesablanarkən qeyri-adi
seçici fikrinə rast gəlinib.
Belə ki, qutunun içindən çıxan seçici
vərəqində məşhur müğənni Sibel Canın fotosu çıxıb. Seçici blankdakı
prezidentliyə namizədlərin hər üçünün üstündən xətt çəkib. Sibel Canın
fotosunun üstündən isə “tercih” (üstünlük verirəm) yazılı möhür vurub.
Bu
hadisə bir anın içində mətbuata sızdırılıb. Sonradan nəinki Türkiyə
mətbuatı, bütün dünya KİV-i bu maraqlı hadisədən yazmağa başlayıb.
Sosial şəbəkələrdə də bu barədə qızğın mübahisələr yaşanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=10816