Universitetdən qovulan tələbə özünü öldürdü
22 yaşlı oğlan məktub yazıb və anasının yanına getdiyini qeyd edib
Ağstafa rayon sakini özünü kəndirlə asaraq intihar edib. Ağstafa
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun
mərkəzində – Səməd Vurğun küçəsində baş verib. Rayon sakini, 1992-ci il
təvəllüdlü Nicat Həsənov yaşadığı evdə özünü asaraq intihar edib.
Məlumata görə, N. Həsənov Rusiyada tibb universitetində oxuyurmuş.
Oradan xaric olunduqdan sonra rayonda babası ilə yaşayırmış. N. Həsənov
ölümündən əvvəl atasına məktub da yazıb. Nicat məktubunda ondan adam
olmayacağını, anasının yanına getdiyini, anasının onu qoruyacağını
yazıb. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma gedir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10825