Bir ailədən dördüncü adam özünü asdı

16.08.2014 - 16:41

Ötən gün axşam saat 18:35 radələrində Bakının Nərimanov rayonu ərazisində 64 yaşlı qadının asılmış meyidi tapılıb.

Ötən gün axşam saat 18:35 radələrində Bakının Nərimanov rayonu
ərazisində 64 yaşlı qadının asılmış meyidi tapılıb. Nərimanov rayon
Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Ceyhun
Hacıbəyli 36, mənzil 38 ünvanında baş verib.

Belə ki, 26.09.1950-ci il təvəllüdlü Zoya Aleksandrovna Hacıbəylinin
asılmış meyidi tapılıb. Meyidi tibbi müayinə etdikdən sonra məlum olub
ki, qadın intihar edib.

Araşdırmalar zamanı o da məlum olub ki, həmin ailədə bir neçə nəfər
özünü asıbmış. Müxtəlif vaxtlarda Zoya Hacıbəylinin qardaş intihar
edibmiş. Bir müddət öncə əri və oğlu da özlərini asıbmışlar.

Bildirilir ki, həmin ailənin üzvlərində psixoloji problemlər olub. Qadının da psixoloji problemləri varmış.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=10882

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31