300 manata satılan ayaqqabı, endirimlə 370 manata – “Hotiç”də şok “endirim”

08.01.2018 - 11:49

Paytaxtın Bülbül prospektində yerləşən “Hotiç” ayaqqabı dükanı müştəriləri aldadır

Qaynarinfo xəbər verir ki, bu barədə paytaxt sakini Pərviz Musayev məlumat verib. O, “Hotiç” mağazasının fırıldaqçılıqla məşğul olduğunu və yalançı endirimlərlə müştəriləri aldatdıqlarını bildirib:

“Bir neçə gün əvvəl “Hotiç” ayaqqabı dükanının “Instagram” səhifəsində kişi çəkməsi gördüm. Bir müştərinin qiymətlə bağlı sualı dükan tərəfindən “300 AZN” deyə cavablandırılmışdı.

Az öncə “Hotiç”in qarşısından keçəndə vitrinə böyük hərflərlə “50% endirim” yazıldığını gördüm və dükana girərək həmin çəkməni soruşdum:

– Bəli, Siz istəyən ölçü var.
– Qiyməti?
– 370 AZN.
– Endirimə düşür?
– Xeyr, yeni kolleksiyadır.
Açıb “Instagram”da özlərinin yazdığı 300 AZN cavabını göstərirəm, xanım satıcı təəccüblə mənə baxaraq deyir:
– Bunu kim yazıb bura?

Nəsə deməyə ehtiyac qalmadığı üçün dükanı tərk etdim. Bu cür “endirimlər”, müştərini aldatmaqla dükana cəlb etmə demək olar ki əksər dükanlarda müşahidə edilir (istisnalar ola bilər)”.

300 manata satılan ayaqqabı, endirimlə 370 manata
300 manata satılan ayaqqabı, endirimlə 370 manata

Short URL: http://www.cumhuriyyet.net/?p=109457

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31