“Əməkdar jurnalist”lə “Buta” mebel mağazası arasında qalmaqal- VİDEOMÜRACİƏT

09.01.2018 - 09:52
Azərbaycanın “Əməkdar jurnalist”i, Şəlalə Həsənova paytaxtın Yasamal rayonu ərazisindəki “Tri korona” kimi tanınan yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən və “Buta” adı ilə fəaliyyət göstərən mebel mağazası tərəfindən aldadıldığını bildirib

Şəlalə xanımın sözlərinə görə, o, sözügedən mebel mağazasından yataq dəsti alıb və sonra həmin mebelin yararsız vəziyyətdə olduğunu görüb. Şikayətçi deyir ki, mebel mağazasının rəhbərliyinə iradını bildirsə də, onun üzləşdiyi problemə biganə yanaşılıb, hətta ironik tərzdə bildirilib ki, ” get, hara istəyirsən şikayət et!”. “Əməkdar jurnalist” həmçinin bildirir ki, mağaza rəhbərliyi onların arxasında çox böyük adamların dayandığını, hətta müşətərilərə satıqları mallara görə çek vurmadıqlarına dair icazələrinin olduğunu da deyib(?).

Adıçəkilən mebel mağazasının Azər adlı müdiri saytımıza açıqlamasında Şəlalə xanımın onlardan mebel aldığını təsdiqləyib: “Biz onlara yararlı mebel vermişik. Aparıb istifadə etdikdən sonra mebel sınıb. Buna biz məsuliyyət daşımırıq. Bu barədə bizim Şəlalə xanımla ətraflı söhbətimiz olub. Əgər Şəlalə xanım iddialarını təsdiq edə bilərsə, mən onun bütün mənzilini pulsuz mebellə təchiz edəcəyimi sizə söz verirəm”.

Hər iki tərəfin ətraflı mövqeyilə Azinform.az saytına istinadən aşağıda təqdim etdiyimiz videomaterialda tanış ola bilərsiniz.

Short URL: http://www.cumhuriyyet.net/?p=109523

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31