Bakı metrosunda özünü qatarın altına atan məcburi köçkün öldü – YENİLƏNİB – VİDEO

12.01.2018 - 12:26

Bakı metrosunda özünü qatarın altına atan 1971-ci il təvəllüdlü məcburi köçkün Cəlilov Cəmil xəstəxanada dünyasını dəyişib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

09:51

Bu gün “Bakı Metropoliteni”nin “Qara Qarayev” stansiyasında intihara cəhd hadisəsi olub.

Oxu.Az xəbər verir ki, hadisə səhər saat 09:18 radələrində baş verib.

“Həzi Aslanov”- “Dərnəgül” xətti üzrə hərəkət edən qatar “Qara Qarayev” stansiyasına daxil olmaq istəyərkən 1971-ci il təvəllüdlü Cəlilov Cəmil özünü qatarın altına atmağa cəhd edib.

O, qatarla platforma arasında qalaraq ağır xəsarət alıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, metro əməkdaşlarının sayıqlığı nəticəsində intiharın qarşısı alınıb. Ciddi xəsarət alan orta yaşlı kişi xəstəxanaya aparılıb.

Qeyd edək ki, bir neçə gün öncə 22 yaşlı gənc özünü qatarın altına ataraq intihar etmişdi.

Cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=109868

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31