Məmmədyarov “Tata Steel Chess” superturnirində növbəti heç-heçəsini edib

17.01.2018 - 09:25

 Hollandiyanın Veyk-An-Zee şəhərində “Tata Steel Chess” superturnirinin IV turuna yekun vurulub.

“Report” xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə edib.

33 yaşlı şahmatçının bu dəfə rəqibi rusiyalı Sergey Karyakin olub.

Məmmədyarov 4 turdan sonra 2,5 xal toplayıb və Vladimir Kramnik (Rusiya) və Maqnus Karlsen (Norveç) ilə üçüncü yeri bölüşür.

Turnir cədvəlinə 3 xal ilə Hindistan təmsilçisi Vişvanatan Anand və holland Aniş Giri başçılıq edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=110185

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31