Azərbaycanda saxlanılan rusiyalı alim ölkəsinə qaytarıldı

17.01.2018 - 12:21

Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun Azərbaycanda saxlanılan əməkdaşı Dmitri Çulkov ölkəsinə qayıdıb.

Cumhuriyyet.net-in xəbərinə görə, Rusiyanın Azərbaycandakı səfirliyindən APA-ya bildirilib ki, Rusiya vətəndaşı Dmitri Çulkov artıq Rusiya Federasiyası ərazisindədir.

Qeyd edək ki, Rusiya mətbuatı Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkovun yanvarın 5-də Azərbaycanda itkin düşməsi barədə məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından isə bildirilib ki, cəbhə bölgəsində yerləşən Göygöl rayonu ərazisindəki hərbi hissələrdən birinə yaxınlaşan Dmitri Çulkov qadağan olunmuş əraziyə daxil olub və həmin ərazidə yerləşən hərbi hissənin fotolarını çəkib. O, hərbçilərin tələbinə məhəl qoymayaraq, çəkilişi davam etdirib. Belə olan halda əraziyə polis çağırılıb. Lakin D. Çulkov polisin də qanuni tələbinə məhəl qoymayıb.

Nəticədə hüquq-mühafizə orqanları müəyyən araşdırma apardıqdan sonra Dmitri Çulkov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Yanvarın 5-də məhkəmə Dmitri Çulkov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) əsasən, 10 sutka inzibati həbs qərarı çıxarıb. Dmitri Çulkov səhvini başa düşdüyünü bildirib, hətta üzrxahlıq da edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=110231

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31