Lənkəran sakinlərini qorxu içində saxlayan şəxs tutuldu

21.01.2018 - 22:10

Bir neçə gün öncə Liman şəhərinin “Xutor” deyilən yaşayış massivində üç evə basqın edərək dörd nəfərə ağır xəsarət yetirən və nəticədə onlardan birinin ölümünə səbəb olan naməlum şəxs barədə yeni təfərrüat məlum olub. Cumhuriyyet.az-ın Report-a istinadən xəbərinə görə, quldurluq edən şəxs saxlanılıb.
Lənkəran şəhər rayon Polis şöbəsinə daxil olan məlumata görə, yanvar ayının 13 və 14-də Liman şəhərində üç ünvanda basqın hadisəsi baş verib. Hadisələr zamanı şəhər sakinləri – 48 yaşlı Samirə Miriyeva və 69 yaşlı anası Humay Qarayeva, həmçinin 16 yaşlı Heybət Abdullayev, 50 yaşlı Nəcəfqulu Həsənov yaşadıqları evdə döyülərək ciddi bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılardan Samirə Miriyeva başından aldığı çoxsaylı zərbələr səbəbindən xəstəxanada ölüb.
Zərərçəkmişlərin ilkin ifadələri alınaraq hadisələri törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib. Onun Liman şəhər sakini, M.Ə.Rəsulzadə küçəsi 24 ünvanında yaşayan Zeynalov Fərrux Sabir oğlu olduğu ortaya çıxıb. Barəsində axtarış elan olunub.
Liman sakinlərinin sözlərinə görə, insanları vəhşicəsinə döyərək onlara ölümcül xəsarətlər yetirən Fərrux Zeynalovun psixi durumunda ciddi problemlər olub. Hətta onun özündən böyük qardaşının da psixi problemləri olduğu deyilir. Hadisələrin hansı səbəbdən baş verdiyi barədə açıqlama verilmir. Lakin barəsində axtarış elan olunan Fərrux Zeynalovun bu gün saxlanıldığı söylənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=110557

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31