Türk şahinlərindən AĞIR ZƏRBƏ: Baş qərargah görüntüləri paylaşdı – VİDEO
Suriyanın Afrin bölgəsində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) keçirdiyi “Zeytun budağı” əməliyyatında YPG terror təşkilatına ağır zərbə vurulub. Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı qüvvələrinin Baş qərargahından verilən məlumata görə, terror təşkilatının silah-sursatının saxlanıldığı əsas anbar F-16 qırıcılarının bombardmanı nəticəsində havaya uçurulub.
Silah-sursat anbarında ardıcıl partlayışların baş verdiyi bildirilir. Aviazərbələrin videogörüntüləri Baş qərargah tərəfindən paylaşılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=110559