Bakıda özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir

22.01.2018 - 00:34

Paytaxta aparılan tikinti işlərinə nəzarətin gücləndirilməsi hər zaman müzakirə mövzusu olub. Aparılan tikinti işləri insanların məşğulluğu üçün önəmli olsa da, amma insanların həyatına təhlükə yaratmamalıdır. Amma bir çox hallarda tikinti sahiblərinin səhlənkarlığı və əlaqədar orqanların bu hallara göz yumması yüzlərlə insanın həyatına təhlükə yaradır.
Cumhuriyyet.az modern.az-a istinadən bildirir ki, belə təhlükəli vəziyyət Zığ yolunda da yaşanır. C.Naxçıvanski adına hərbi məktəbin yaxınlığında aparılan tikinti sahəsində quraşdırılan kran həmin yoldan keçən yüzlərlə insanın həyatına real təhlükədir. Kranın uc hissəsinə bərkidilən ağır betonlar yolun hərəkət hissəsinin üzərindədir. Bu gün paytaxtda əsən küclü külək isə həmin kranı elə formada əsdirir ki, daşların yolun hərəkət hissəsinə düşməsi hər an baş verə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=110580

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31