Bakı-İstanbul aviareysində olay – Təyyarə İstanbula enmədən Bakıya qayıtdı

24.01.2018 - 11:18

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 17:35-də həyata keçirdiyi Bakı-İstanbul aviareysində texniki problem yaranıb.
Cumhuriyyet.net APA-ya istinadən xəbər verir ki, AZAL-a məxsus təyyarə “Atatürk” Hava Limanında eniş etmədən geriyə, Bakıya qayıdıb.

AZAL-ın Mətbuat Xidmətinin rəhbəri Paşa Kəsəmənski “APA-Economics”ə bildirib ki, texniki səbəblə əlaqədar olaraq Bakıdan İstanbula uçan təyyarə Heydər Əliyev hava limanına qayıtmaq məcburiyyətində qalıb.

“Burada ciddi bir problem olmayıb. Sadəcə kapitan hər ehtimala qarşı geri qayıtmaq qərarına gəlib. Təyyarədə yanacaq çox olub. Buna görə də təyyarə müəyyən müddət uçmalı olub. Təyyarə Bakıya geri qayıtdıqdan sonra AZAL-a məxsus növbəti reys ilə sərnişinlər İstanbula yola salınıb”, – deyə P.Kəsəmənski vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=110889

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31