Bakıda komendanta bıçaqla hücum edən “trans Səbiş” həbs edildi – VİDEO (18+)

14.02.2018 - 10:08

Bakının Nəsimi rayonunda yerləşən yaşayış binasının komendant köşkünə hücum edən cinsi azlığın nümayəndəsi, “Səbinə” adı ilə tanınan Qismət Sultanov həbs edilib.

“Report”un əldə etdiyi məlumata görə, hadisədən bir müddət sonra saxlanılan Q.Sultanov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə) maddəsi ilə cinayət işi başlanılıb.

Nəsimi Rayon Məhhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra Q.Sultanov Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun barəsində istintaq tədbirləri aparılır.

Qeyd edək ki, Nəsimi rayonunda binaların birində elektrik enerjisinin kəsilməsinə görə sakin, Q.Sultanov komendantın köşkünə bıçaqla hücum çəkib. Hadisənin videosu binada yaşayan sakinlərdən biri tərəfindən çəkilib, sosial şəbəkədə paylaşılıb.

Daha sonra mətbuata açıqlama verən Q.Sultanov bildirib ki, komendanta hücum etməsinin səbəbi sadəcə elektrik enerjisinin dayandırılması olmayıb. Onun sözlərinə görə, komendant onun həmin binada yaşamağını istəməyib.

Hadisədən sonra Q.Sultanov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən bölməyə aparılmış, onun izahatı alınmış, zərərçəkmişlə barışıq əldə ediləndən sonra isə sərbəst buraxılmışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=112785

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930