Azərbaycanlı “qanuni oğrular”a gözlənilməz zərbə

22.02.2018 - 13:26

Rusiya Federasiyası ölkədə keçiriləcək 2018-ci il futbol üzrə dünya çempionatının yaxınlaşması ilə əlaqədar “qanuni oğruların” kütləvi şəkildə sürgününə başlayıb. Minval.İnfo xəbər verir ki, bu haqda məlumatı Rusiya nəşriyyatı “Komsomolskaya Pravda” verib.

Məlumatda qeyd olunub ki, “qanuni oğrular”ın ölkədən deportasiyası qərarını Daxili İşlər naziri Vladimir Kolokoltsev özü şəxsən verib. Hazırda Gürcüstana sürgün ediləcək 51 yaşlı Aslan Kobuladze və Suliko Şakiradze, Qırğızıstana isə 43 yaşlı Kamçibek Kolbaevin deportasiyası ilə bağlı işlər gedir. Daha öncə isə Ruiyadan Gürcütana Bauka Paçuliya Azərbaycana isə Dadaş Bakinski sürgün edilib.

Məlumatda o da qeyd olunub ki, bu gün Rusiyada aktiv şəkildə fəaliyyət göstərən 432 “qanuni oğru” var. Onlardan 318 -i azadlıqda, 114-i məhkum edilib, 31-nin işi istintaqa cəl edilib, 19 –u isə axtarışa verilib. “Kriminal avtoritetlər” arasında ən çox Gürcüstan vətəndaşı(242) nəfər yer alıb.

Daha sonra isə 51 Rusiya, 30 Ermənistan, 16 Azərbaycanlı, 10 Abxaziya, 8 Çeçenistan, 7 İsrail vətəndaşının olduğu bildirilir. “Deportasiya rəsmi olaraq axtarış kodeksinə əsasən aparılır. “Qanuni oğrular” daha çox dələduzluğa, narkotik ticarətinə görə həbs olunur. Həbs müddəti bitdikdən sonra isə, onlar Rusiyadan uzaqlaşdırılır”- deyə Rusiya nəşriyyat bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=113678

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930