Fərhad Hacıyev nazir müavini təyin edildi – Yeni təyinat

01.03.2018 - 17:46

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ölkə başçısının sərəncamı ilə bu vəzifədən azad olunub.

Dövlət başçısının digər sərəncamı ilə Fərhad Hacıyev gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.

Cumhuriyyet.net xəbər verir ki, AZXEBER.COM məsələ ilə bağlı F.Hacıyevin özü ilə əlaqə saxlayıb. Fərhad Hacıyev sözügedən məlumatı təsdiqləyib.

Qeyd edək ki, Fərhad Hacıyev 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Universitetini və Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib. Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi var. Harvard Kennedi Məktəbinin məzunudur.

Əmək fəaliyyətinə 1998-ci ildən Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasında departament müdiri vəzifəsində başlayıb. 1999-cu ildə bu təşkilkatın Məclis sədri, 2000-ci ildə isə baş katibi seçilib. 2001-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri vəzifəsinə təyin olunub.

2001-2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2002-ci ilin noyabr ayında Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

2006-2009-cu illərdə Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinin sədri vəzifəsində çalışıb.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib. 2015-ci ildə Birinci Avropa Oyunlarının təşkilində iştirak etdiyinə görə Azərbaycan Prezidentinin “Fəxri Diplomu” ilə təltif edilib.

F.Hacıyev bu gündən gənclər və idman nazirinin müavini postunda fəaliyyət göstərir. Ailəlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=114367

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31