Biznesmen Hüseyn Başaranın şəxsi təyyarəsi İranda dağa çırpıldı, qızı rəfiqələri ilə birlikdə həlak oldu

12.03.2018 - 00:53

Türkiyəyə məxsus şəxsi təyyarə bazar günü İranın qərbində qəzaya uğrayıb. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, təyyarə BƏƏ-nin Şarja şəhərindən İstanbula uçurmuş. Məlumata görə, Türkiyənin öndəgedən şirkətlərindən olan “Başaran Holdinq”ə məxsus təyyarədə 2 pilot, 1 stüardessa və 8 sərnişin olub. Onların hamısının həlak olduğu bildirilir. Bu arada yayılan son məlumata görə, təyyarənin iş adamı Hüseyn Başarana aid olduğu ortaya çıxıb. Təyyarədəki sırnişinlər isə Hüseyn Başarının qızı Mine Başaran və onun rəfiqələri olub. Onlar subaylığa vida partisi edərək, ölkəyə geri dönürmüşlər.
“Başaran Holding”in təmsilçisi Levent Tuna “Hürriyet”e bildirib ki, holdinq rəhbərinin şəxsi təyyarəsinin Birləşmiş Ərəb Əmirliklərindən uçduğu haqda onlarda əlumat olmayıb. “Bu hadisə mənim üçün də sürpriz oldu. Onların uçduqlarından xəbərimiz yoxdu. Hələ xəbərin doğru olduğuna inanmaq istəmirik. Hüseyn bəy hazırda İstanbuldadır”-o deyib. Hüseyn Başaran Türkiyənin iri iş adamlarından biridir, onun biri qız olmaqla iki övladı olub. Təyyarə Tehrandan cənubda dağlıq əraziyə düşüb. Hələlik axtarış-xilasetmə qrupu hadisə yerinə çatmayıb. Hüseyn Başaranın iki şəxsi təyyarəsi olub. Onlardan biri uzun mənzilli “Global Express”, digəri isə İranda qəzaya uğrayan “Challenger 604” təyyarəsidir. İkimotorlu “Challenger 604” Kanadanın “Bombardier” şirkətinin istehsalıdır, orta mənzillidir. Təyyarənin 2001-ci ildə istehsal olunduğu bildirilir.
Qızı rəfiqələri ilə birlikdə təyyarə qəzasında olan biznesmen Hüseyn Başaran əslən trabzonludur. 25 ildir Türkiyə iqtisadiyyatının qida, inşaat, enerji və maliyyə sektorlarında fəaiyyət göstərən, bir sıra iri layihələrə investisiyalar qoyan holdinq Başaranlar ailəsinə məxsus olub, hazırda holdinqə Hüseyn Başaran rəhbərlik edir. Hazırda holdinq İstanbulda iri inşaat layihəsi həyata keçirir və Hüseyn Başaran həmin göydələnə qızının adını verib-“Mina Towers”. İş adamının qızı 28 yaşında olub, onun olduqca bacarıqlı, işgüzar biri olduğu və işləri atasından dövr almağa hazırlaşdığı bildirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=115141

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031