Böyükağa Hacıyev vəfat etdi

16.03.2018 - 12:28

“Neftçi”nin və Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev rəhmətə gedib.

“Qafqazinfo” xəbər verir ki, tanınmış məşqçi bu gün səhər dünyasını dəyişib.

Məlumatı “Qafqazinfo”ya açıqlamasında Böyükağa Hacıyevin oğlu Yusif Hacıyev də təsdiqləyib.

Böyükağa Hacıyev Azərbaycan futbolunda tanınmış simalardan biridir. O, “Neftçi” ilə Azərbaycan futbol tarixinə adını qızıl hərflərlə yazıb. Böyükağa Hacıyev ilk dəfə Avropa Liqasının qrup mərhələsinə düşməklə ölkə futbolunun tarixinə düşüb.

O, futbola “Qarabağ”da başlayıb. Ağdam klubunda ilk olaraq uşaq futbol məşqçisi işləyən Hacıyev 1995-ci ildən əvəzedici komandanı çalışdırmağa başlayıb. 1998-ci ildə Azərbaycan kubokunun finalında “Kəpəz”ə məğlub olaraq “Qarabağ”a gümüş medallar qazandırıb. O, sonradan “Araz Naxçıvan”da çalışıb. Bir müddət ölkə xaricinə yollanan mütəxəssis İranda “Maşınsazi” klubunda işləyib.

Sonradan bu komandanın baş məşqçisi olub. O, 2004-2005-ci illərdə “Traktor Sazi”yə rəhbərlik edib. 2005-ci ildə milli komandada Vaqif Sadıqovun köməkçisi olub. 2006-cı ildə “Bakı” klubu ilə Azərbaycan çempionu adını qazanır. Sonradan “Standart”a gedən Hacıyev 2011-ci ildən tarix yazdığı “Neftçi”yə gəlir. Elə həmin ilin sonunda komanda Avropa Liqasının qrup mərhələsində oynayır. Uzun müddət “Neftçi”də çalışan mütəxəssisin sonuncu iş yeri də paytaxt klubu olur. Bundan sonra isə Hacıyev fəaliyyətini AFFA Məşqçilər Komitəsində davam etdirir.

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=115606

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930