Binədə civəni 5000 manata satmaq istəyən şəxs tutulub

19.03.2018 - 13:39

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində bir nəfərin civə satmaq istəməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, Baş idarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs civəni 5000 manata satarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Ruzigar Əbişov, satmaq istədiyi güclü təsiredici xüsusiyyətə malik ağır metalın çəkisi 736,8 qram metallik civə olduğu müəyyən edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=115862

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31